"Putinsiz danışıqların heç bir mənası olmayacaq" - Podolyak

"Putinsiz danışıqların heç bir mənası olmayacaq" - Podolyak

"Ukrayna münaqişəsinin həlli üçün İstanbulda keçiriləcək danışıqlar Rusiya prezidenti Vladimir Putin şəxsən iştirak etməsə, mənasız olacaq".

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat müşaviri Mixail Podolyak bildirib.

“Əgər Putin sabah Türkiyədə keçiriləcək görüşdə şəxsən iştirak etməsə, bu danışıqların heç bir mənası olmayacaq”, - deyə rəsmi qeyd edib.

Podolyak xarici siyasətdə qərarlar qəbul etmək səlahiyyətinin yalnız dövlət başçısının olduğunu vurğulayıb və bu danışıqlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun və Rusiya liderinin köməkçisi Yuri Uşakovun statusunu şübhə altına alıb.

Bundan əlavə, Podolyak Moskvanı sülh danışıqlarına hazırlıq görüntüsü yaratmaqda ittiham edib.


Mənbə: unikal.az