Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edəcək.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Qriqoryan mayın 16-da Tehrana işgüzar səfərə gedəcək. Orada o, Tehran Dialoqu 2025 forumunda iştirak edəcək. Səfər çərçivəsində işgüzar görüşlərin də keçirilməsi planlaşdırılır”, - qeyd olunub.
Mənbə: axar.az