Xarici nümayəndələr Fəxri və Şəhidlər xiyabanlarında - Fotolar

Xarici nümayəndələr Fəxri və Şəhidlər xiyabanlarında -

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro 2025) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Pakistanın Dövlət naziri Bilal Azhar Kayani, Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze, Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayirin rəhbərlik etdiyi yüksəksəviyyəli rəsmilərdən ibarət nümayəndə heyətləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Nümayəndə heyətləri, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.

Səfər çərçivəsində nümayəndə heyətləri Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.

Qonaqlara Zəfər parkı barədə ətraflı məlumat verilib.

Ziyarətlər zamanı nümayəndə heyətlərini Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və digər rəsmi şəxslər müşayiət ediblər.










Mənbə: qafqazinfo.az