ABŞ Prezidenti Donald Tramp 2-3 həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətindədir.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Tramp bu barədə Əbu-Dabiyə səfəri zamanı danışıb.
Onun sözlərinə görə, bu, mümkün olan kimi, rusiyalı həmkarı ilə danışıqlar aparacaq.
“Reuters” agentliyinin məlumatına görə, Trampın Fars körfəzi ölkələrinə səfəri başa çatıb və o, Vaşinqtona qayıdır.
Xatırladaq ki, ABŞ lideri bundan əvvəlki açıqlamasında bildirib ki, V.Putinlə şəxsən görüşməyənə qədər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olmayacaq.
Mənbə: qafqazinfo.az