Dağıstanın dövlət katibi saxlanıldı - Yenilənib

Dağıstanın dövlət katibi saxlanıldı -

Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.

Bu barədə məlumatı öz mənbələrinə istinadən TASS yayıb.

Bununla belə, onun hansı səbəbdən saxlanılması qeyd olunmayıb.

***

“Kommersant” isə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən, dövlət katibinin qanunsuz özəlləşdirmə ilə bağlı başladılan cinayət işinin istintaqı çərçivəsində saxlanıldığını yazıb.

Bildirilib ki, Maqomedovla yanaşı, onun bir çox iş həmkarı və qohumları da saxlanılıb:

“Bu gün səhər hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın dövlət katibi ilə əlaqəli 50-dən çox ünvanda axtarış əməliyyatı həyata keçirib”.

Mənbə: qafqazinfo.az