Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili region ölkələrinə çağırış edib.
Saakaşvili bütün Qafqaz xalqlarını və dövlətlərini Rusiya imperializminə qarşı birgə mübarizəyə səsləyib.
“Bu gün tarixi andır. Mən bütün Qafqaz xalqlarını və dövlətlərini Rusiya imperializminə qarşı birgə mübarizəyə çağırıram”, – deyə Saakaşvili bildirib.
Qeyd edək ki, bu gün Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporasının Ural bölgəsi üzrə tanınmış lideri Şahin Şıxlınski və daha bir neçə azərbaycanlı xüsusi amansızlıqla saxlanılıb.
Tahir Turan
Mənbə: globalinfo.az