“Dövlət Dumasının deputatları Rusiya ərazisində etnik birliklərin statusu ilə bağlı mübahisə ediblər”.
Bu barədə “Kommersant” yazıb.
“Ötən gün Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Marina Əhmədova diasporların hüquqi statusu olmadığı üçün onların ləğv edilməsini təklif edib. “Heç bir dövlət qurumunun onlarla əlaqəsi olmamalıdır. Bu, təkcə Azərbaycan diasporuna aid deyil”, – o bildirib.
Bu məsələdə ən sərt mövqe “ Ədalətli Rusiya – Həqiqət naminə” partiyasına aiddir. Partiyanın lideri Sergey Mironov regional qruplara və diasporlara qadağa qoyulmasını təklif edib”, – deyə nəşr qeyd edib.
Əliyar Xəlil
Mənbə: globalinfo.az