ABŞ-ın bu qərarı bütün Avropaya ciddi zərbə olacaq

ABŞ-ın bu qərarı bütün Avropaya ciddi zərbə olacaq

ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmaq qərarı təkcə Kiyevə deyil, bütün Avropaya və hətta NATO-ya ciddi zərbə olacaq.

Axar.az xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.

"ABŞ Ukraynaya lazım olanı verməmək qərarına gəlsə, bu, Ukrayna, Avropa və NATO üçün ciddi uğursuzluq olacaq", - baş naziri bildirib.

Frederiksen vurğulayıb ki, Ukraynadakı müharibə heç vaxt təkcə ukraynalıların özləri üçün problem olmayıb.

Mənbə: axar.az