İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatdı

İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatdı


Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İmaməli Rəhmanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

Mənbə: www.bakupost.az