“Bakıda növbədə 20 mindən çox valideyn var ki, bağçada yer gözləyir və yer isə yoxdur. Burada tələb təklifi üstələyir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə bildirib.
“Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur. 6 aya 40 bağça direktorunu işdən çıxarmışıq, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət vermişik”, - deyə, nazir vurğulayıb.
Gülnar Əliyeva
Mənbə: qafqazinfo.az