Ukraynanın "Mirotvorets" saytının yaradıcısı Rusiyada axtarışa verildi

Ukraynanın "Mirotvorets" saytının yaradıcısı Rusiyada axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın "Mirotvorets" saytının yaradıcısı Qeorgi Tukanı axtarışa verib.

TASS-a istinadən xəbərə görə, bu, nazirliyin axtarışa verilənlər bazasında əks olunub.

"Cinayət Məcəlləsi ilə axtarışdadır", - deyə bazada bildirilib.

Məhz hansı maddə üzrə axtarış aparıldığı isə göstərilmir.

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, Qeorgi Tuka Rusiyada terrorizm maddəsi üzrə açılmış cinayət işi çərçivəsində axtarışa verilmiş ola bilər.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" saytı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

Mənbə: oxu.az