Bakıda otel yandı - VİDEO

Bakıda otel yandı - VİDEO

Paytaxtın Koroğlu Rəhimov küçəsində yerləşən oteldə yanğın baş verib.

Yanğın obyektin 1-ci mərtəbəsində olub.

Alovun otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Binanı tərk edə bilməyən otelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb. Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı sahədə yanıb. Saunanın böyük hissəsi və otel binası yanğından mühafizə edilib.


Mənbə: yenisabah.az