Əfsanəvi braziliyalı aktrisa 98 yaşında vəfat etdi

Əfsanəvi braziliyalı aktrisa 98 yaşında vəfat etdi

Əfsanəvi braziliyalı aktrisa Laura Kardozu avqustun 18-nə keçən gecə San-Pauluda 98 yaşında vəfat edib.

Bu barədə sənətçinin ailə üzvləri sosial şəbəkə hesablarında paylaşım ediblər.

Radio, televiziya, teatr və kino sahəsində 80 ildən çox davam edən karyerası ərzində Kardozu Braziliya dramaturgiyasının ən mühüm simalarından birinə çevrilmişdi.

Karyerasına 15 yaşında Braziliya radiosunda başlayan sənətçi daha sonra televiziya sahəsinə addım atıb. O, fəaliyyəti boyunca onlarla serial, film və teatr tamaşasında müxtəlif qəhrəmanları canlandırıb.

Tamaşaçılar onu xüsusilə "Tropikankanın sirri" serialında əsas qəhrəmanlar "Rut" və "Rakel"in anası obrazından, eləcə də "İstiotlu şokolad", "Hindistan yolları" kimi məşhur teleseriallardakı rollarından yaxşı tanıyırlar.

Qeyd edək ki, əfsanəvi aktrisa sonuncu dəfə ekranlarda 2019-cu ildə görünmüşdü.

Mənbə: oxu.az