Uşaqlarından ikisini öldürüb, birini yaralayıbmış - Yeni detallar

Uşaqlarından ikisini öldürüb, birini yaralayıbmış - Yeni detallar

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ edilən hücumla bağlı yeni detallar ortaya çıxıb.

Özəl TBMM-in sədr müavini və DEM Partiyasının İstanbul Millət vəkili Sırrı Süreyya Öndərin vəfatı ilə bağlı təşkil edilən tədbirdən çıxarkən zorakılığa uğrayıb.

İlkin məlumata görə, hücumda təqsirləndirilən 66 yaşlı Səlcuq.T-nin psixi sağlamlıqla bağlı heç problemi olmayıb.

Dindirilmə zamanı şübhəlinin 2004-cü il mayın 9-da 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirdiyi, 11 yaşındakı digər qızını yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edildiyi müəyyən edilib.

Bəlli olub ki, həmin şəxs 2020-ci ildə şərti olaraq həbsdən azad edilib.

Şübhəlinin heç bir siyasi partiya və ya təşkilatla əlaqəsinin olmadığı aydın olub.

Mənbə: qafqazinfo.az