Qahirədə yanğın, 22 yaralı var

Qahirədə yanğın, 22 yaralı var

Misirin paytaxtı Qahirədə rabitə mərkəzində yanğın baş verib.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 22 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Yaralı şəxslərə tüstüdən boğulma və birinci dərəcəli yanıq diaqnozu qoyulub.

Qeyd olunub ki, ölkənin telekommunikasiya və internet infrastrukturu da kəsintilərə məruz qalıb.

Yanğının baş vermə səbəbi isə hələlik bəlli deyil.

Mənbə: qafqazinfo.az