Liviyanın Benqazi şəhərində Rusiyaya məxsus daha bir gəmidə yanğın baş verib.
Musavat.com xəbər verir ki, AP agentliyi Liviya hərbi rəsmilərinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, gəmi pilotsuz dəniz aparatlarının hücumuna məruz qalıb. Hücumda istifadə olunan pilotsuz dəniz aparatlarının Liviyanın qərbində yerləşən və Ukrayna qüvvələrinin istifadə etdiyi güman olunan bazadan buraxıldığı bildirilir.
Onun Rusiyanın Qərb sanksiyalarından yayınmaq üçün istifadə etdiyi “kölgə donanması” olduğu bildirilir.
Aralıq dənizi Rusiyanın enerji daşıyıcılarının beynəlxalq bazarlara çıxarılması baxımından mühüm marşrutlardan biridir.
Rusiyanın “kölgə donanması” kimi tanınan tanker şəbəkəsi Qərbin neft ixracına tətbiq etdiyi məhdudiyyətlər fonunda xüsusi əhəmiyyət qazanıb.
Mənbə: www.musavat.com