Ukrayna Silahlı Qüvvələrinin (AFU) Cənub Hərbi Hava Komandanlığı F-16 qırıcılarının fotolarını paylaşdıqdan dərhal sonra silib.
Globalinfo.az-a istinadən xəbər verilir ki, həmin fotolar avqustun 13-də səhər saat 10:45 radələrində Feysbuk səhifəsində paylaşılıb.
Paylaşımda “Ovunuz mübarək, şahinlərimiz! Qələbəyə birlikdə!” mesajı yazılıb.
Sosial şəbəkə istifadəçiləri paylaşımı silinməzdən əvvəl görərək yayıblar.

Mənbə: axar.az