Türkiyə Super Liqasında 5 baş məşqçi qovulub - SİYAHI

Türkiyə Super Liqasında 5 baş məşqçi qovulub - SİYAHI

Türkiyə futbolunun yüksək liqaları olan Trendyol Super Liqası və Trendyol 1-ci Liqasında baş məşqçilərin dəyişməsi erkən başlayıb.

Lent.az xarici mediaya istinadən məlumat verir ki, Superliqa və 1-ci liqada ilk 6 həftədən sonra 38 komandadan 10-u məşqçi dəyişib. Bu prosesdə hər iki liqanın 5 komandası mövsümə birlikdə başladıqları məşqçilərlə yollarını ayırıb.

Bu mövsüm 20 komandanın yer aldığı Super Liqada “Mondihome Kayserispor”, “Qaziantep FK”, “RAMS Başakşehir”, “İstanbulspor” və “Yılport Samsunspor” mövsümə başladıqları məşqçi ilə yollarını ayırıb.

Rəcəb Uçar "Kayserispor"dan ayrılan Çağdaş Atanı, “Qaziantep” rumıniyalı Marius Sumudica Erdal Günəşi, “RAMS Başakşehir”də Çağdaş Atan Emre Belözoğlunu əvəzləyib.

“İstanbulspor”dan istefa verən Fatih Tekke və “Samsunspor”dan qovulan Hüseyn Əroğlunun yerinə hələlik heç kim təyin edilməyib.

Mənbə: lent.az