Görün Zidanın məşqçilər komandasına kim daxil oldu

Görün Zidanın məşqçilər komandasına kim daxil oldu

Fabian Bartez Fransa millisinin qapıçı məşqçisi təyin edilib.

Bu barədə Fransa Futbol Federasiyasının (FFF) rəsmi saytında məlumat verilib.

Zinəddin Zidan daha əvvəl milli komandanın baş məşqçisi təyin olunmuşdu. Onun məşqçilər heyətində David Bettoni, Hamidu Msaidi, Qreqori Düpon, Stefan Plank, Farid Tabet və Klement İbert də var.

55 yaşlı Bartez Dünya və Avropa çempionu, “Marsel” ilə Çempionlar Liqasının qalibi, “Mançester Yunayted” ilə ikiqat İngiltərə çempionu və “Monako” ilə ikiqat Fransa çempionudur. O, 2007-ci ildə futboldan ayrılıb və o vaxtdan bəri məşqçilik etmir.

Mənbə: publika.az