“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk İspaniyadan təklif alıb.
Ukrayna mətbuatı 25 yaşlı vingeri heyətinə qatmaq istəyən klubun adını açıqlayıb.
“Xsport.ua” saytı La Liqada mübarizə aparan “Valyadolid”in ukraynalı yarımmüdafiəçini icarəyə götürmək istədiyini yazıb. “Qarabağ” isə bu təklifdən imtina edib.
Qeyd edək ki, Aleksey Kaşuk ötən mövsüm “Qarabağ”ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: qafqazinfo.az