Ronaldo iranlıları küçələrə tökdü, otel zəbt olundu - VİDEO

Ronaldo iranlıları küçələrə tökdü, otel zəbt olundu -

Sabah, sentyabrın 19-da Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasında səfərdə Tehranın “Persepolis” komandası ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, 38 yaşlı portuqaliyalı superulduzun Tehrana gəlişi iranlı futbolsevərlər arasında inanılmaz səs-küyə səbəb olub.

Böyük izdiham otelə gedən yolda “Əl-Nəsrin avtobusunun arxasına qaçıb. Otelin yaxınlığında və hətta onun içərisində Ronaldo ilə şəkil çəkdirmək, avtoqraf almaq istəyənlərə görə böyük sıxlıq yaşanıb.

 

Mənbə: publika.az