Sovet və rusiyalı iqtisadçı, maliyyəçi, Rusiya Mərkəzi Bankının keçmiş rəhbəri Viktor Geraşenko 87 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Moskva agentliyi bankirin ailəsinə yaxın mənbəyə istinadən məlumat yayıb.
"Viktor Vladimiroviç vəfat edib", - mənbə bildirib.
Geraşenko 1937-ci il dekabrın 21-də Leninqradda bankir ailəsində anadan olub. 1960-cı ildə Moskva Maliyyə İnstitutunu bitirib, sonra SSRİ Dövlət Bankında mühasib olub. 1989-cu ildə bankir tənzimləyicinin rəhbəri vəzifəsini tutub. Maliyyəçi bu vəzifəni 1991-ci ilə qədər icra edib. 1992-ci ildə Geraşenko “İslahat” Beynəlxalq İqtisadi və Sosial İslahatlar Fondunda pul siyasəti şöbəsinin müdiri olub.
Bankir Rusiyada yeganə şəxsdir ki, ölkənin əsas bankına dörd dəfə rəhbərlik edib: 1991-ci ilin avqust hadisələrindən sonrakı dövr daxil olmaqla iki dəfə SSRİ Dövlət Bankına və iki dəfə Rusiya Mərkəzi Bankına. Geraşenko işlədiyi müddətdə Rusiya bank sisteminin inkişafına töhfə verib və ölkənin iqtisadi sferasında əsas fiqurlardan birinə çevrilib.
Mənbə: unikal.az