Bitkoinin qiyməti 105 min dolları ötdü

Bitkoinin qiyməti 105 min dolları ötdü

Bitkoinin qiyməti ticarət sessiyası zamanı yanvarın 31-dən bəri ilk dəfə olaraq 105 min dolları ötüb.

Bu barədə “Binance” platforması məlumat yayıb.

Bakı vaxtı ilə saat 05:05-ə olan məlumata görə, bitkoinin qiyməti 0,34% artaraq 105 032 min dollar olub.

Qeyd edək ki, Bitkoinin qiyməti sonuncu dəfə 2025-ci il mayın 8-də 100 min dolları keçib.

Mənbə: axar.az