Avropa İttifaqı Birləşmiş Ştatlarla gömrük rüsumlarının əksər Avropa malları üçün 10% təşkil edəcəyi ticarət sazişini qəbul etməyə hazırdır.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Brüssel eyni zamanda ABŞ-dan tibbi, alkoqol, yarımkeçiricilər və mülki aviasiya kimi sahələrdə tariflərin azaldılmasını istəyir.
Bundan əlavə, Avropa İttifaqı Amerikanı avtomobillər və onların ehtiyat hissələri, eləcə də polad və alüminium üzrə mövcud gömrük rüsumlarını da azaltmağa razı salmağa çalışır.
Mənbə: apa.az