Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sabiq prokuroru Kərim Xan vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

Bu barədə The Guardian məlumat yayıb.

Məlumata görə, Kərim Xanın vəkilləri onun barəsində aparılan intizam prosedurunu tənqid edərək, prosesi "prosessual baxımdan ədalətsiz" adlandırıblar.

Qeyd edək ki, Kərim Xan 2021-ci ilin iyun ayından Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsində çalışıb. O, 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsi ilə bağlı order vermişdi.

2024-cü ilin oktyabrında Kərim Xana qarşı seksual xarakterli zorakılıq ittihamları irəli sürülmüşdü. Araşdırma müddətində o, ödənişsiz məzuniyyətə göndərilmiş və vəzifə səlahiyyətlərini icra etməmişdi.


2026-cı il iyulun 24-də isə Kərim Xan Beynəlxalq Cinayət Məhkəməsindəki vəzifəsindən rəsmən uzaqlaşdırılıb.

Mənbə: bizim.media