“Mükafatı heç kimin tanımadığı bir adama verdilər”

“Mükafatı heç kimin tanımadığı bir adama verdilər”

ABŞ Prezidenti Donald Tramp Navi Pillayın Sülh üzrə Nobel mükafatına layiq görülməsinə münasibət bildirib.

O, bu barədə Nyu-York ştatında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, mükafatın laureatını ümumiyyətlə tanımır:

“Onlar Nobel Sülh mükafatını şəxsən haqqında heç vaxt eşitmədiyim şəxsə verdilər. Ümumilikdə, onu heç kim tanımır”.

Tramp həmin mükafata daha çox layiq olduğunu vurğulayıb: “Siz bir müharibəni dayandırdıqda sizə Nobel mükafatı verirlər. Mən isə 8 müharibəni dayandırmışam. Onlar mükafata BMT-dən olan liberalı layiq gördülər. Bununla belə, onu təbrik edirəm. Mükafata mən və ABŞ layiq görülməli idi”.

Xatırladaq ki, oktyabrın 9-da Cənubi Afrika Respublikasından (CAR) olan hüquqşünas və insan hüquqları müdafiəçisi Navanethem “Navi” Pillay Sülh üzrə Nobel mükafatına layiq görülüb.

Mənbə: qafqazinfo.az