"Beynəlxalq konsaltinq şirkəti olan "Policy and Management Consulting Group" (PMCG) təşkilatında baş məsləhətçi kimi işə düzələn Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan, gəzən şayiələrə görə, Nikol Paşinyana qarşı hələ də ciddi inciklik bəsləyir".
Musavat.com xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Yaxın ətrafında o, narazılığını gizlətmir və bildirir ki, Qərb onu Paşinyana alternativ kimi görürdü, məhz bu səbəbdən də Paşinyan heç bir əsaslı səbəb olmadan onu vəzifəsindən azad edib.
Qriqoryanın qohumları və ailə üzvləri də Nikol Paşinyanı açıq şəkildə tənqid edərək, onu öz yaxınlarından istifadə etməkdə və ehtiyac qalmayanda bir kənara atmaqda günahlandırırlar.
Xatırladaq ki, Armen Qriqoryan avqust ayında tutduğu vəzifədən azad edilib, onun yerinə isə bu posta Alen Simonyan təyin olunub.
Lakin Qriqoryanın fəaliyyəti dövründə yüksək statusa və böyük əhəmiyyətə malik olan bu vəzifə, sonradan arxa plana keçib.
Mənbə: musavat.com