Xeyrəddin Qoca: “Ramiz Mehdiyev kimi siz də məhkəmədə cavab verməlisiniz, cənablar!”

Xeyrəddin Qoca: “Ramiz Mehdiyev kimi siz də məhkəmədə cavab verməlisiniz, cənablar!”

“Ramiz Mehdiyevin əmlaklarının siyahısını axıra qədər oxuyub qurtara bilmədim, gözüm qaraldı, səbrim tükəndi!”

Musavat.com xəbər verir ki, bunu tanınmış yazar, Milli Məclisin sabiq deputatı və keçmiş diplomat Xeyrəddin Qoca sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

resize.jpg (42 KB)

O, daha sonra Ramiz Mehdiyevi vaxtilə tərifləyən şəxsləri sərt tənqid edib:

“Dövlət adamları, alimlər buna görə ağızları köpüklənə-köpüklənə onu tərifləyirdilər? Akademikin biri nəyə görə Ramiz Mehdiyevi Renessans dövrünün filosofları ilə müqayisə edirdi? Onu tərifləyə-tərifləyə böyük-böyük vəzifələr alanlar, deputat olanlar var! Siz də məhkəmədə cavab verməlisiniz, cənablar!”

Xatırladaq ki, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, mövcud xəstəlikləri, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsinə qərar verilib.

Həmçinin hökmə əsasən, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimat göndərilməsi qərara alınıb. Bundan başqa, onun əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.

Şahanə Rəhimli

Mənbə: musavat.com