İran ABŞ prezidenti Donald Trampın Tehranın kimyəvi və ya bioloji silahlar hazırladığına dair ittihamlarını rədd edib.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi açıqlama ilə çıxış edib. O, vəziyyəti keçmiş ABŞ dövlət katibi Kolin Pauellin İraqın kütləvi qırğın silahlarına sahib olması iddiaları ilə müqayisə edib.
Baqayi X hesabında qeyd edib ki, Trampın İranın kimyəvi və bioloji silahları ilə bağlı şərhləri "eyni saxtakar oyun kitabına" uyğundur: "ABŞ rəsmiləri “İranın nüvə təhdidi”ni ucadan elan etdikdən sonra indi də İranın bioloji və ya kimyəvi silahlar hazırladığına dair əlamətlər olduğunu iddia edirlər. İttihamlar daim dəyişir, lakin əsas mesaj qəribə dərəcədə tanışdır. Görünür, dünyanı başqa bir kollektiv amneziya gözləyir".
Mənbə: www.musavat.com