Demokratların ABŞ Nümayəndələr Palatasının spikerliyinə namizədi, Nyu-Yorkdan olan konqresmen Hakim Ceffris Pentaqon rəhbəri Pit Heqsetin impiçmentini zəruri hesab edir.
Musavat.com xəbər verir ki, o, bu barədə "New York Times" qəzetinə müsahibəsində danışıb: "Prezident Tramp onu vəzifəsindən kənarlaşdırmasa, Pit Heqset impiçment olunmalıdır. Pit Heqset səlahiyyətlərindən sui-istifadə edib və Amerikanın milli maraqlarına zərər vurub. Əlbəttə ki, istefa verməlidir".
Ceffris həmçinin tezliklə prezident Donald Trampla qarşıdan gələn siyasi gündəm barədə söhbət edəcəyini gözlədiyini qeyd edib.
Mənbə: www.musavat.com