İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenskiyə İtaliyanın Baş nazir müavini Matteo Salvininin “Mirotvorets” saytının məlumat bazasına daxil edilməsinə görə etirazını bildirib.
Bizim.Media xəbər verir ki, Meloni Berlində Zelenski ilə görüşü zamanı bu qərarın qəbuledilməz olduğunu vurğulayıb.
“Volodimir, bu, həm Salvini, həm də bütün italyanlar üçün qəbuledilməzdir”, – deyə İtaliyanın baş naziri bildirib.
Matteo Salvini isə Zelenskidən üzr istəməsini tələb edib və Kiyevə hərbi yardımın müddətinin uzadılmasına mane ola biləcəyi barədə xəbərdarlıq edib.
Ukraynanın Romadakı səfirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, “Mirotvorets” dövlət resursu deyil və ölkənin rəsmi mövqeyini əks etdirmir.
Salvini bu izahatı müsbət qarşılasa da, Ukrayna hakimiyyətini saytı bağlamağa çağırıb.

Mənbə: bizim.media