Corc Vaşinqtonun saçının teli ABŞ-da 4 min dollara satıldı

Corc Vaşinqtonun saçının teli ABŞ-da 4 min dollara satıldı

ABŞ-ın ilk prezidentlərindən Corc Vaşinqtona məxsus saç teli hərracda 4 min dollara alıcı tapıb.

Qeyd olunur ki, bu, belə əşyaların ən baha satışı deyil. Belə ki, 2021-ci ildə Vaşinqtona aid olduğu ehtimal edilən üç saç teli təxminən 40 min dollara satılıb.

Bizim.Media xəbər verir ki, ümumilikdə, bu cür tarixi yadigarlardan bir neçə onlarla nümunə qorunub saxlanılıb.

Onlardan ən azı 50-si hazırda muzeyə çevrilmiş, prezidentin keçmiş iqamətgahı olan Maunt-Vernonda mühafizə olunur.

Bizim.Media

Mənbə: bizim.media