Talıbovun 73 milyonluq villası üzə çıxdı - Fotolar

Talıbovun 73 milyonluq villası üzə çıxdı -

Naxçıvanın keçmiş “xan”ı Vasif Talıbovun oğlu Rza və Seymurun Dubaydakı çoxsaylı mülkləri hamıya bəllidir. Amma “Dubay Hills”dəki villa istisna olmaqla.

Bakupost-a istinadla xəbər verilir ki, bunu jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Rza Talıbovun adı həm də Dubayın lüks yaşayış kompleksi “Emerald Hills”in (Dubay Hills Estate) rəsmi sakin və sahibi kimi reyestr məlumatlarında çəkilir:

“Dubaydan dərc olunmuş mülkiyyətçi siyahılarına görə, Rza Talıbov eksklüziv “Emerald Hills” qolf meydançası ərazisində ümumi sahəsi 3.386 kv.m olan iki torpaq sahəsini alıb və birləşdirib, burada dəbdəbəli villa tikdirib. Söhbət “Emerald Hills-P-156” (1.715,53 kv.m) və “Emerald Hills-P-157” (1.670,11 kv.m) kimi müəyyən edilmiş torpaq sahələrindən gedir. Reyestr siyahılarında Rza Talıbovun əlaqə nömrəsi də qeyd olunur.

“Emerald Hills” ərazisindən açılan mənzərə əsasən yamyaşıl 18 dəlikli qolf meydançasına (Dubay Hills Golf Club), lüks villalara və uzaq üfüqdə ucalan Bürc Xəlifə ilə “Downtown Dubay” göydələnlərinə baxır.

Dubayın əmlak bazarı araşdırmasına görə 3.400 m² ölçüsündə olan bir sahənin bazar dəyəri “Emerald Hills” və qonşu ultra-lüks zonaların cari qiymətləri ilə hesablandıqda, boş torpaq üçün təxminən 99 – 123 milyon dirhəm (təxminən 27-33,5 milyon dollar), üzərində hazır ultra-lüks malikanə tikildikdə isə 180–270 milyon dirhəm və ya təxminən 49–73,5 milyon dollar civarında olar”.

Jurnalist bildirib ki, Vikipediya məlumatına görə, Rza Talıbov hələ də Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində çalışır.

BakuPost

PhotoPhoto

Mənbə: musavat.com