Türkiyə və İsrail qırıcıları Suriyada üz-üzə gəldi

Türkiyə və İsrail qırıcıları Suriyada üz-üzə gəldi

Türkiyə və İsrail qırıcıları Suriya səmasında üz-üzə gəlib.

Bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb.

Məlumata görə, mayın 2-də İsrail Suriyaya qarşı genişmiqyaslı hava zərbələri endirib. Vurulan hədəflər arasında Türkiyənin dəstəklədiyi “Sultan Murad” və “Süleyman Şah” qruplaşmalarının bazaları da olub.

Türkiyə qırıcıları Suriya hava məkanına daxil olaraq İsrail hərbi təyyarələrinə elektron hərb sistemləri vasitəsilə xəbərdaredici siqnallar ötürüblər.

Mənbə: axar.az