Sırrı Süreyya Öndərin dəfnində izdiham - Fotolar

Sırrı Süreyya Öndərin dəfnində izdiham -

Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin dəfn mərasimi keçirilib.

Türkiyə KİV-ə istinadən xəbər verilir ki, dəfndə böyük izdiham yaşanıb.

Öndərin Türkiyə bayrağına bükülmüş tabutunun önünə sülhü təmsil edən zeytun budağı qoyulub.

Dəfn mərasimində TBMM sədri Numan Kurtulmuş, CHP sədri Özgür Özəl, TBMM sədrinin müavini və MHP İstanbul Millət vəkili Cəlal Adan, Binəli Yıldırım, MİT sədri İbrahim Kalın, AK Partiya sözçüsü Ömər Deylik, AK Partiya sədri Fatimə Çelik kimi tanınmış simalar da iştirak ediblər.








Mənbə: qafqazinfo.az