“2021-ci il parlament seçkiləri ərəfəsində bildirmişdim ki, sensasiyalı bir səs yazısı yayımlayacağam. Hər kəs bunu səbirsizliklə gözləyirdi”.
Bu fikirləri Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın siyasətinə münasibət bildirərkən səsləndirib.
“Üzr istəyirəm, amma insanların 99 faizi elə düşünürdü ki, hansısa pornomaterial yayımlayacağam. Halbuki mən ciddi və mühüm bir məsələni gündəmə gətirirdim. Həmin səs yazısında o şəxs (N.Paşinyan – red.) deyirdi: “Mən özümü dəli yerinə qoyacağam ki, danışıqları davam etdirim”.
Qeyd edək ki, S.Sərkisyan həmin səs yazısını 2021-ci ildə yayımlamış, bu material yerli və xarici mediada geniş şəkildə işıqlandırılmışdı. O bildirmişdi ki, bu səs yazısı Paşinyanın danışıqları dalana dirəməkdə aktiv rol oynadığını göstərir. Bununla belə, səs yazısının tam versiyasının yayımlanıb-yayımlanmadığı barədə hələ də müəyyən suallar qalır.
Safura Bənnayeva
Mənbə: globalinfo.az