7 dəfə əməliyyat olunan keçmiş prezident evə buraxıldı

7 dəfə əməliyyat olunan keçmiş prezident evə buraxıldı

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru üç həftə sonra sonra xəstəxanadan buraxılıb.

Bu barədə Braziliya mediası məlumat yayıb.

"Bolsonaru bazar günü səhər evə buraxılıb... O, aprelin 12-də Braziliyadakı özəl xəstəxanalardan birinə yerləşdirilib", - məlumatda deyilir.

Qeyd edək ki, Bolsonaru artıq yeddinci bağırsaq əməliyyatını keçirib, sonuncu əməliyyatı 12 saat davam edib. Əməliyyat 2018-ci ilin sentyabrında aldığı bıçaq yarası ilə bağlı olub.


Mənbə: unikal.az