ABŞ prezidenti Donald Tramp Qətərin kral ailəsindən "uçan saray" hədiyyəsi almağa hazırlaşır.
Bu fikirlər ABC telekanalında yer alıb.
Mənbə yazır ki, söhbət təxminən 400 milyon dollar dəyərində olan “Boeing 747-8” təyyarəsindən gedir.
Nəşr qeyd edir ki, bu təyyarə artıq gələn həftə ABŞ prezidentinin istifadəsinə verilə bilər və Trampın prezidentlik müddəti bitənə qədər yeni "bir nömrəli bort" (Air Force One) kimi istifadə ediləcək.
Mənbə: bizim.media