Rəsmi Ankaradan PKK-nın özünü buraxmasına ilk - Reaksiya

Rəsmi Ankaradan PKK-nın özünü buraxmasına ilk -

Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK terror təşkilatının özünü ləğv etməsini önəmli qərar adlandırıb.

“TRT haber”ə istinadən xəbər verilir ki, H.Fidan bu barədə Ankarada Türkiyə-İordaniya-Suriya XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında danışıb.

“Bölgəmizdə dayanıqlı sülh və sabitliyin hakim olması baxımından bu qərarı olduqca önəmli hesab edirəm. Bu qərardan sonra atılacaq müəyyən əməli addımlar var. Onları da yaxından izləyəcəyik”, - deyə nazir qeyd edib.

Mənbə: qafqazinfo.az