Prezidentdən Rəşad Nəbiyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Rəşad Nəbiyevlə bağlı

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi dəyişib.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:

Komissiyanın sədri:

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Mənbə: bizim.media