2025-ci ilin yanvar-mart aylarında Ermənistana ümumilikdə 386 741 turist səfər edib.
Bunu Ermənistanın Milli Turizm Təşkilatı açıqlayıb.
Məlumata görə, bu rəqəm ötən illə müqayisədə 11,3 faiz aşağıdır. Cari ildə səfər edənlərin 144 072 nəfəri Rusiyadan olub ki, bu da ümumi göstəricinin 37,3%-ni təşkil edib. Ermənistanı Gürcüstandan 59 624 (15,4%), İrandan isə 34 369 (8,9%) turist ziyarət edib.
Ən maraqlı göstərici isə Türkiyədən olub. Belə ki, yeni ilin ilk üç ayında hələ münasibətlərin normallaşma ərəfəsində olması fonunda bu ölkədən Ermənistana 2422 ziyarətçi gedib.
Ayşən Mustafa
Mənbə: globalinfo.az