Xəbər verdiyimiz kimi, 1992-ci ildə itkin düşmüş şəhidimiz Rüfət Məmmədhüseyn oğlu Cabbarov mayın 4-də Siyəzəndə dəfn olunacaq. Rüfət Cabbarovdan başqa, Birinci Qarabağ müharibəsinin daha iki şəhidi Xaçmazda dəfn oluncaq.
Zakir Minad oğlu Muradov rayonun Yeni Sudur qəsəbəsində, Osman Xəlifə oğlu Rəcəbov isə rayonun Maqsudkənd kəndindəki məzarlıqda dəfn olunacaqlar.
Şəhid dəfnləri ardıcıllıqla saat 13-də Siyəzənin Dağ Quşçu, saat 15-də Xaçmazın Yeni Sudur,s aat 17-də isə Maqsudkənd yaşayış məntəqələrində baş tutacaq.


Aytəkin Alxaslı
Mənbə: bizim.media