Ermənistan ordusunun hərbçisi intihar etdi - FOTO

Ermənistan ordusunun hərbçisi intihar etdi -

Ermənistan ordusunun 20 yaşlı hərbçisi Sarkis Xaçatryan intihar edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyindəki mənbə məlumat yayıb.

Bildirilib ki, hadisə gecə saatlarında baş verib.

S.Xaçatryan xidməti postunda olarkən ona təhkim edilən silahdan özünə atəş açıb.

Mənbə: oxu.az