"11 ildən çoxdur ki, uzun məsafəyə qaçış idmanı ilə məşğul oluram. Dəfələrlə ölkə çempionatlarının qalibi olmuşam. İndi də qalib gələ bildim".
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qələbə qaçışı"nın qalibi, "Vikinq" klubunun uzun məsafə üzrə qaçış idmançısı Elmar Abışov deyib.
10 km-lik məsafədə bütün rəqiblərini qabaqlayan atlet bildirib ki, qələbəsini şəhid və qazilərimizə həsr edir:
"Uzunmüddətli zədədən sonra sağalıb yenidən yarışlara qatıldım. Rəqiblərim də güclü idi. Qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu qələbəyə görə, məşqçimə, dostlarıma, mənə inanan hər kəsə təşəkkür edirəm".
Bizim.Media
Mənbə: bizim.media