Xameneinin nüvə silahı haqda fətvası – Pezeşkian açıqladı

Xameneinin nüvə silahı haqda fətvası –

“İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və əldə etməyə çalışmayacaq. Digər tərəfdən, İranın Ali Rəhbərinin fətvasına əsasən, nüvə silahı istehsalına yönəlmiş istənilən hərəkət haramdır”.

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O əlavə edib ki, İranın nüvə obyektlərinin tamamilə sökülməsi qəbuledilməzdir.

“Bu sahədə alimlərimizin nailiyyətləri tibb və müalicə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, sənaye sahələrində böyük əhəmiyyət kəsb edir. Dinc nüvə fəaliyyətlərini əminliklə davam etdirəcəyik. Dünyanın o tayından kiminsə işlərimizə qarışmasına ehtiyac yoxdur”, – o, yekunlaşdırıb.

Qeyd edək ki, İran və ABŞ Tehranın mübahisəli nüvə proqramı ilə bağlı danışıqlar aparır.

Günay Rəsulqızı

Mənbə: globalinfo.az