Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik qarşısında etiraz - VİDEO

Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik qarşısında etiraz -

Ermənilər Gürcüstan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları Gürcüstan tərəfinin hərəkətlərinə narazılıq bildirirlər.

Onların sözlərinə görə, Gürcüstan Ermənistan məhsullarını daşıyan yük maşınlarının Rusiyaya keçidinə mane olur və məhsulların Gürcüstan ərazisində laborator yoxlanışdan keçməsini tələb edir.

Nəticədə, yüklə dolu furqonlar Ermənistan-Gürcüstan sərhədində həftələrlə gözləməyə məcbur qalır. Etirazçılar bildirirlər ki, bu vəziyyət yalnız istehsalçılar və ixracatçılar üçün deyil, həm də nəqliyyat şirkətləri üçün milyonlarla dollar zərərə səbəb olur. Onlar Gürcüstan səfirliyindən vəziyyətə aydınlıq gətirilməsini və rəsmi mövqe açıqlamasını tələb edirlər.

Bir müddət sonra səfirlikdən bir əməkdaş çıxaraq, ixrac zamanı problemlərlə üzləşən şirkətlərin siyahısını istəyib. Bir neçə şirkətin adını qeydə aldıqdan sonra binaya qayıdıb.

Buna baxmayaraq etirazçılar səfirliyə gedən yolu hər iki istiqamətdə bağlamaq qərarına gəliblər.

Ermənistan İqtisadiyyat Nazirliyi məsələ ilə bağlı intensiv iş aparıldığını bildirib.

Mənbə: musavat.com