Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adama “Axmat-Qroznı OMON”un 25 illiyi şərəfinə xatirə medalı təqdim edildiyi barədə məlumat vermişdik.
Mükafatın təqdimat mərasimində qəribə bir detal diqqət çəkib: Rusiya gerbi xaçsız təsvir edilib.
Mayın 12-də “Axmat-Qroznı OMON”un yaradılmasının 25-ci ildönümü qeyd edilib. Adam Kadırovdan başqa, OMON komandirinin müavini Ramzan Dadayev təltif edilib.
Mükafatlandırma mərasimində Rusiyanın dövlət rəmzləri ilə bağlı bir detala diqqət çəkilib. Ramzan Kadırovun Telegram kanalında yerləşdirdiyi videoda xaçlar götürülüb. Bunu Adam Kadırova medal təqdim edərkən çəkilən kadrlardan da görmək olar.
Tural
Mənbə: publika.az