Ukrayna dronu Rusiyanın ən müasir və fövqəladə bahalı təyyarəsini məhv edib

Ukrayna dronu Rusiyanın ən müasir və fövqəladə bahalı təyyarəsini məhv edib

"Bu qırıcı təyyarə havada üstünlüyün əldə edilməsi, yürüstü və dəniz hədəflərinin məhv edilməsi, kəşfiyyat və radioelektronika mübarizəsi üçün nəzərdə tutulub..."

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (MN BKİ) məlumat verib ki, iyunun 8-də Rusiyanın döyüş toqquşması xəttindən 589 km aralıda yerləşən Astraxan vilayətinin Axtubinsk hava limanı ərazisində çoxməqsədli Su-57 qırıcısı məhv edilib. Bunu peyk şəkilləri sübut edir.

Bu barədə "ukr.net" nəşri məlumat yayıb.

"Şəkillərdən görünür ki, iyunun 7-də Su-57 salamatdır, artıq iyunun 8-də onun yanında partlayışdan çala əmələ gəlib, yanğına xas olan və alovdan yaranan ləkələr var.

Su-57 Moskvanın ən müasir qırıcı təyyarəsi olaraq zərbələr üçün X-59 və X-69 raketlərindən istifadə edir. Rusiyanın Hava-Kosmik Qüvvələrində bu döyüş təyyarələri barmaqla saylacaq qədərdir. Su-57 qırıcısı tarixdə ilk dəfə məhv edilib", - BKİ mətbuat xidməti qeyd edib.

Su-57 5-ci nəsildən olan çoxməqsədli qırıcı təyyarədir. Havada üstünlüyün əldə edilməsi, yerüstü və dəniz hədəflərinin məhv edilməsi, habelə kəşfiyyat və radioelektronika mübarizəsi üçün nəzərdə tutulub.

Onun döyüş radiusu 1500 km-dir. Maksimal uçuş hündürlüyü 20 km-dir. Sürəti saatda 2, 6 min km-dir. Maksimal uçuş məsafəsi 4, 3 min km-dir. 30 mm-lik QŞ-30-1 topla təchiz edilib, raket və aviasiya bombaları üçün 10 xarici və 6 daxili asmaları var.

Bu qırıcı o cümlədən X-59 və X-69 raketlərinin daşıyıcısıdır və Ukraynanı fəal surətdə atəşlərə məruz qoyur. Bir Su-57-nin qiyməti 35-40 milyon ABŞ dollarınadır.

Mənbə: moderator.az