Bəşəriyyət II Dünya Müharibəsinin 100-cü ildönümünü görməyə bilər.
Publika.az xəbər verir ki, bunu Cork Universitet Kollecinin tarix üzrə fəxri professoru və Kral İrlandiya Akademiyasının üzvü Ceffri Roberts bildirib.
Onun sözlərinə görə, III Dünya Müharibəsinin 2045-ci ildən əvvəl başlaması ehtimalı böyükdür.
Müharibə təhlükəsinin aktual olduğunu deyən tarixçi əgər bu baş verərsə, 2045-ci ilə kimi çox az insanın həyatda qala biləcəyini iddia edib.
Qeyd edək ki, aprelin 24-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Avropa qoşunlarının Ukraynaya göndərilməsinin III Dünya Müharibəsinin başlamasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
Ləman
Mənbə: publika.az